Yunanıstandakı 'terror evi' olan Lavrion düşərgəsi boşaldıldı
Yunanıstanın paytaxtı Afina yaxınlığında yerləşən və Türkiyənin "terror yuvası" olaraq gördüyü Lavrion düşərgəsinin boşaldıldığı açıqlanıb.
İnformator.az NTV-yə istinadən xəbər verir ki, Yunanıstan Polis Xidmətinin verdiyi açıqlamada düşərgədə qalan 53 nəfərin İmmiqrasiya və Sığınacaq Nazirliyinə aid başqa kampuslara köçürüldüyü bildirilib. Açıqlamaya görə, 1947-ci ildə tikilən düşərgə konstruksiyalarının bərbad vəziyyətdə olması səbəbindən boşaldılıb. Hərəkət zamanı heç bir problem olmayıb.
Lavrion Afinanın cənub-şərqindəki kiçik bir liman şəhərində terror təşkilatı PKK-nı simvolizə edən bez parçaları və terror lideri Abdullah Öcalanın plakatlarının asıldığı məlumdur. Yunanıstana sığınan bəzi tərəfdarlarının Yunanıstan Qızıl Xaç Cəmiyyətinin dəstəklədiyi qaçqın düşərgəsində illərdir sığındıqları bilinir.
Xatırladaq ki, bu ilin aprel ayında terror kampının boşaldılacağı barədə iddialar yayılmışdı.
Aydan Qasımova
