00:00:00
Yazar
Admin User
29.05.2025 17:25 136 1 dəq oxuma
Sosial

Zaqatalada avtomobil körpüdən aşıb, xəsarət alanlar var

Zaqatalada avtomobil körpüdən aşıb, xəsarət alanlar var

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

"İnformator.az" "APA"ya istinadən xəbər verir ki,Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 17 radələrində rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Belə ki, Abdulla Şabanovun idarə etdiyi “QAZ-24” markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.

 

Qəza nəticəsində sürücü A. Şabanov və sərnişin, 1969-cu il təvəllüdlü Zaqatala rayon sakini Abbas Bidzinov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər