Zelenski
Ukrayna ilə ABŞ arasında aparılan danışıqlarda Donbas məsələsi hələ də açıq qalır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Donbass bölgəsi həm Rusiya, həm də Ukrayna üçün strateji əhəmiyyət daşıyan ərazi olaraq qalır:
"Hazırda Rusiyanın Donbassın təxminən 80%-nə nəzarət etdiyi deyilsə də, bölgənin 20-25%-i hələ də Ukraynanın nəzarətindədir. Ukrayna bu əraziləri əldən vermək niyyətində deyil. Bu mövqe həm də beynəlxalq ictimaiyyətə və Rusiya tərəfinə güclü bir mesajdır: "Ukrayna hələ də müqavimət göstərir və geri çəkilməyəcək".
Müharibənin taleyinin Donbassda həll oluna biləcəyi ehtimalı da göz önündə saxlanılır. Burada sadəcə hərbi deyil, psixoloji faktorlar da ciddi rol oynayır. Digər tərəfdən, ABŞ-nin Ukraynaya real və davamlı təhlükəsizlik zəmanəti verməsi məsələsi də mübahisəlidir. ABŞ-nin verdiyi vədlər bir çox hallarda uzunmüddətli və konkret öhdəliklərlə müşayiət olunmur və bu, gələcəkdə Ukrayna üçün ciddi risk yarada bilər. Zelenskinin siyasi gələcəyi də bu kontekstdə müzakirə olunur. Müharibənin gedişi təkcə Ukraynanın dövlətçiliyi üçün deyil, həm də Zelenskinin tarixi rolu üçün həlledici ola bilər, o, ya qəhrəman, ya da xain kimi yadda qala bilər".
Aişə Mustafayeva
