00:00:00
Yazar
Admin User
18.12.2025 15:57 91 1 dəq oxuma
Dünya

Zelenski Aİ-dən Ukrayna üçün maliyyə dəstəyi istəyir

Zelenski Aİ-dən Ukrayna üçün maliyyə dəstəyi istəyir

 

Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirilən sammit çərçivəsində Avropa İttifaqı liderlərini dondurulmuş Rusiya aktivlərindən Ukraynanın hərbi və iqtisadi ehtiyacları üçün kredit ayrılmasına razılıq verməyə çağırıb.

 

Zelenski bildirib ki, bu qərar qəbul olunmasa, Ukrayna ciddi maliyyə çətinliyi ilə üzləşə bilər. Aİ-də dondurulmuş 210 milyard avro dəyərində Rusiya vəsaitinin böyük hissəsi Belçikada yerləşən “Euroclear”də saxlanılır. Belçika və bəzi üzv ölkələr vəsaitin birbaşa istifadəsinə ehtiyatla yanaşır.

Avropa Komissiyası Ukraynaya iki il ərzində təxminən 90 milyard avro kredit verilməsini təklif edir. Komissiya rəhbəri Ursula fon der Lyayen sammitdən həll yolu tapılmadan ayrılmayacaqlarını vurğulayıb.

Rusiya isə vəsaitlərdən istifadəyə qarşı çıxır və “Euroclear”ə qarşı Moskvada məhkəmə iddiası qaldırıb. ABŞ-nin Prezidenti Donald Tramp müharibənin dayandırılması ilə bağlı razılaşmanın yaxın olduğunu deyib, ABŞ-yə səfər edəcək Ukrayna və Rusiya nümayəndələrinin danışıqlar aparacağı gözlənilir.


BBC
Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər