00:00:00
Yazar
Admin User
16.04.2025 13:35 199 2 dəq oxuma
Dünya

Zelenski : Böyük Britaniya, Fransa və Türkiyədən nümayəndələr bir araya gələcək

Zelenski : Böyük Britaniya, Fransa və Türkiyədən nümayəndələr bir araya gələcək

 

 

Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalı, britaniyalı, fransız və türk nümayəndələrin Türkiyədə Qara dəniz təhlükəsizliyini müzakirə edəcəyini açıqlayıb.

 

Odessada önəmli bir görüş baş tutub. Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun yeni Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında Qara dəniz təhlükəsizliyi ilə bağlı mühüm danışıqların Türkiyənin ev sahibliyində başlayacağını bildirib.

 

İSTƏKLİ ÖLKƏLƏR KOALİSİYASI YOLDA

 

Zelenski görüşmələrin əsas mövzusunun Qara dəniz təhlükəsizliyi olduğunu qeyd edərək, “Bu danışıqlar Qara dənizdə təhlükəsizliyi təmin etmək məqsədilə bir araya gələcək istəyən ölkələrin yaradacağı koalisiya və atılmalı olan addımlar ətrafında cəmlənib",-  deyə bildirib.

 

Zelenski görüşmələrin çərşənbə axşamı və çərşənbə günləri boyunca davam edəcəyini desə də, onların artıq başlayıb-başlamadığına dair dəqiq məlumat verməyib. “Bənzər məzmunlu bir çox görüşlər artıq müxtəlif formalarda həyata keçirilir",- deyərək prosesin çoxşaxəli aparıldığını vurğulayıb.

 

TÜRKİYƏNİN VASİTƏÇİLİK ROLUNA BİR DAHA DİQQƏT ÇƏKİLİB

 

NATO Baş katibi Mark Rutte də Türkiyənin beynəlxalq diplomatiya səhnəsindəki vasitəçilik qabiliyyətinə diqqət çəkib. O, 2022-ci ildə Taxıl Dəhlizi Sazişindəki əsas rolunu xatırladaraq bildirib: “Türkiyə həmin dövrdə önəmli bir atəşkəsin təminatçısı olmuşdu. İndi də tərəfləri bir araya gətirməyə çalışır. Bu, son dərəcə müsbət bir inkişafdır. Ümid edirəm ki, bu təşəbbüslər nəticə verəcək".

 

QARA DƏNİZ TƏHLÜKƏSİZLİYİNDƏ TÜRKİYƏNİN STRATEJİK ROLU

 

Zelenski görüşlərdə Qara dənizdə dəniz gücünün mövcudluğu məsələsinin də gündəmə gəldiyini bildirib: “Dənizdə güc yerləşdirilməsi məsələsini müzakirə edirik. Türkiyənin Qara dəniz təhlükəsizliyinin gələcəyində önəmli və həlledici bir rol oynaya biləcəyinə inanırıq",- deyə qeyd edib.

 

“MƏQSƏD MÜHARİBƏNİN SONU DEYİL, ATƏŞKƏSDƏN SONRA TƏHLÜKƏSİZLİYİN TƏMİNİDİR”

 

Zelenski görüşlərin məqsədinin müharibəni dayandırmaq olmadığını xüsusilə vurğulayıb: “Bu görüşlərin məqsədi müharibəni sona çatdırmaq deyil. Əsas məsələ mümkün bir atəşkəsdən sonra bölgədə təhlükəsizliyin necə təmin ediləcəyidir",- deyə açıqlayıb.

 

A Haber

Günel Verdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər