00:00:00
Yazar
Admin User
06.07.2023 12:45 326 1 dəq oxuma
Dünya

Zelenski Ərdoğanla görüşəcək

Zelenski Ərdoğanla görüşəcək

Ukrayna prezidenti Zelenski sabah İstanbula gəlir. Prezident Ərdoğan ilə Zelenski arasında görüş keçiriləcək.

 

İnformator.az CNN Türk-ə istinadən xəbər verir ki, heyətlər arasında təkbətək görüşlərdə Rusiya-Ukrayna müharibəsi və Türkiyə-Ukrayna münasibətləri müzakirə olunacaq.

 

İki lider taxıl dəhlizi sazişini də müzakirə edəcək. BMT və Türkiyənin vasitəçiliyi ilə imzalanmış taxıl dəhlizi sazişinin müddəti iyulun 17-də başa çatacaq.

 

Rusiya-Ukrayna müharibəsi səbəbindən “ərzaq böhranı” riskini aradan qaldırmaq üçün yaradılan müqavilənin müddəti indiyədək 3 dəfə uzadılıb, sonuncusu isə bu ilin mayında olub.

 

Fatimə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər