Zelenski sərt xəbərdarlıq edib
Volodimir Zelenski kritik bir sammitdə AB liderlərini Rusiyanın dondurulan vəsaitləri hesabına Ukraynanın hərbi və iqtisadi ehtiyaclarını maliyyələşdirmək üçün çoxmilyard avroluq kredit barədə təcili razılığa gəlməyə çağırıb.
Ukraynanın maliyyə vəsaiti bir neçə ay ərzində tükənə bilər və Zelenski bildirib ki, yaz aylarınadək maliyyə dəstəyi olmazsa, Ukrayna dron istehsalını azaltmaq məcburiyyətində qalacaq.
Rusiyanın AB-də olan təxminən 210 milyard avro (185 milyard funt sterlinq; 245 milyard ABŞ dolları) dəyərində aktivlərinin böyük hissəsi Belçikada yerləşən Euroclear təşkilatında saxlanılır. İndiyə qədər Belçika və bəzi digər üzv ölkələr bu vəsaitdən “reparasiya krediti” kimi istifadə olunmasına qarşı olduqlarını bildiriblər.
Rusiya AB liderlərini öz pullarından istifadə etməmələri barədə xəbərdar edib, lakin Polşanın baş naziri Donald Tusk bildirib ki, onlar “bu məqamın məsuliyyətinə qalxmalıdırlar”.
BBC News
Səadət Əlizadə
