Zelenskinin Trampa dəvəti
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampa təəccüblü müraciət edib.
Zelenski Trampı “sülh planı” ilə bağlı qərar verməzdən əvvəl ölkəsinə səfər etməyə çağırıb. Zelenski CBS News-un “60 Dəqiqə” proqramındakı çıxışında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib. Rusiya ordusunun Ukraynaya hava hücumlarını davam etdirdiyini qeyd edən Zelenski ABŞ prezidenti Trampı ölkəsinə səfərə və hücumun nəticələrini görməyə dəvət edib. Rusiya-Ukrayna müharibəsində “sülh planı” ilə bağlı hər hansı qərar vermədən əvvəl Trampın Ukraynaya gəlməsi lazım olduğunu qeyd edən Zelenski sözlərini belə davam etdirib: “Gəlin, görün, sonra müharibəni necə bitirəcəyimizlə bağlı planla hərəkət edək. Kimlə sövdələşdiyinizi anlayacaqsınız. Rusiya Prezidenti Vladimir Putinin nə etdiyini anlayacaqsınız”.
Mənbə: CNN Türk
Çimnaz Telmanqızı