00:00:00
Yazar
Admin User
16.06.2025 13:35 189 1 dəq oxuma
İdman

Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb

Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında yarımfinala vəsiqə qazanıb.


"İnformator.az" xəbər verir ki, 1/16 finalda çinli Tsyanqnan Vanı məğlub edən Tçkayev 1/8 finalda braziliyalı Luan Almeydadan üstün olub.

 

Azərbaycan cüdoçusu 1/4 finalda yaponiyalı Yoonvan Lini üstələyib. Z.Tçkayev yarımfinalda gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gələcək.


Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər