Xadimə ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxıldı

Tarix: 10:19 16.05.2025
Şamaxı rayonunda bədbəxt hadisə baş verib.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, mayın 15-i saat 18 radələrində Şamaxı şəhər sakini 1993-cü il təvəllüdlü Günel Yəhyayeva “Megacity” ticarət mərkəzinin 3-ü mərtəbəsinin pəncərəsindən yıxılıb.
Xəstəxanaya yerləşdirilən G.Yəhyayevanın vəziyyəti orta-ağırdır.
Bildirilib ki, G.Yəhyayeva ticarət mərkəzində xadimə kimi çalışıb və təmizlik işləri görərkən pəncərədən yıxılıb.
Faktla bağlı araşdırmalar aparılır.