Mətbuat tarixi tələbələrin gözü ilə

Tarix: 10:10 16.05.2025
Tədbirin açılışı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyevin açılış nitqi ilə başladı. Tədbirin əsas məqsədini deyərək sözü "Milli mətbuat tarixi" kafedrasınln müəllimi Aygün Əzimovaya verdi.
Tədbirdə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və fakültənin professor-müəllim heyəti, Üsküdar Universitetinin professor-müəllim heyəti, Ankara Universitetinin müəllim heyəti iştirak edirlər.
"İnformator.az" xəbər verir ki, tədbirin əsas təşkilatçısı Aygün Əzimova tədbirin əsas məqsədindən və Azərbaycan jurnalistika tarixindən zənginliyindən danışdı. Azərbaycanın 100-ə yaxın mətbu orqanı olduğundan söz açdı.
Aygün xanım tədbirin əsas məqsədi ilə bağlı çıxışından sonra sözü tələbələrə verdi. Tələbələr mətbuatının əsasını qoyan "Əkinçi" qəzetinin tarixindən danışaraq qəzetin bölmələri haqda məlumat verdilər. Ardınca tələbələrdən biri Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin obrazını canlandırdı.
Tələbələr, həmçinin Azərbaycan mətbu orqanlarına aid müxtəlif
məruzələrlə çıxışlar etdilər.
Tədbirin gedişində "Milli mətbuat tarixi" kafedrasının müdiri, professor, əməkdar jurnalist Cahangir Məmmədov öz nitqi ilə çıxış etdi.
Tədbirin sonunda təşkilatçı Aygün xanım çıxış edərək iştirakçılara öz təşəkkürünü bildirdi.
Tədbir xatirə fotosunun çəkilməsi ilə sonlandı.
Nərmin Həşimova
Kəmalə Vəliyeva