Rusiya Dnestryanıya 10 min hərbçi yerləşdirir?

Tarix: 23:16 04.06.2025
Rusiya Ukrayna ilə sərhəddə Dnestryanı bölgəsinə 10 min hərbçidən ibarət hərbi kontingent yerləşdirməyə çalışır.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Moldova Baş naziri Dorin Reçan deyib.
O qeyd edib ki, Rusiya bununla sentyabrda keçiriləcək parlament seçkilərinə müdaxilə etməyə çalışır və ümid edir ki, Kremlin təsirinə daha açıq olan yeni rəhbərlik Rusiyanın hərbi mövcudluğunu gücləndirməyə imkan verəcək.