ABŞ-dən Şimali Koreyanın Rusiyaya hərbi dəstəyini dayandırmaq çağırışı

Bölmə: Dünya › ,
Tarix: 17:53 06.06.2025

ABŞ Dövlət Departamenti, Şimali Koreyanın Rusiyaya hərbi dəstək verməsinin, eləcə də Moskvanın bu dəstəyə qarşılıq göstərdiyi yardımların dayandırılmalı olduğunu bildirir.


Dövlət Departamentinin sözçü müavini Tommi Pigott gündəlik mətbuat konfransında çıxış edərək qeyd edir ki, Şimali Koreyanın müharibəyə birbaşa müdaxiləsi, Rusiyaya hərbi birlik göndərməsi və Rusiyanın buna qarşılıq verdiyi dəstək ABŞ-ni narahat etməyə davam edir.


Pigott xatırladır ki, ABŞ bundan əvvəl də Şimali Koreya və Rusiya ilə bağlı bir sıra açıqlamalar yayıb. Onun sözlərinə görə, “Daha əvvəl də vurğuladığımız kimi, Rusiya-Ukrayna müharibəsinə töhfə verən üçüncü ölkələr, o cümlədən Şimali Koreya bu münaqişəyə görə məsuliyyət daşıyır”.


Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In 4 iyun tarixində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib. Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, görüşdə beynəlxalq məsələlərlə yanaşı, Rusiya ilə Şimali Koreya arasında ikitərəfli əməkdaşlıq da müzakirə olunub.


Kim Çen In görüşdən sonra verdiyi açıqlamada bildirir ki, Ukrayna müharibəsi də daxil olmaqla, bütün əsas beynəlxalq siyasi məsələlərdə Rusiyanı şərtsiz şəkildə dəstəkləyir.


Mənbə: TRT HABER
Solmaz Muradova