Kreml Tramp-Musk gərginliyi haqqında

Tarix: 17:56 06.06.2025
Rusiya ABŞ Prezidenti Donald Trampla milyarder iş adamı İlon Maskın polemikasının ABŞ-nin daxili işi olduğunu bəyan edib.
Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampla amerikalı milyarder iş adamı İlon Maskın mübarizəsini dəyərləndirib. Rusiyanın müzakirəyə qarışmayacağını deyən Peskov iki ad arasında mübarizənin ABŞ-nin daxili işi olduğunu qeyd edib.
Peskov ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini “uşaq döyüşü”nə bənzədən şərhlərinə də cavab verib. Trampın sözləri ilə bağlı suala Peskov bildirib ki, Trampın bu mövzuda öz fikrini söyləmək hüququ var, ancaq müharibə Rusiya üçün öz təhlükəsizliyini və ölkənin gələcəyini qorumaqla bağlı ekzistensial bir məsələdir.
CNN Türk
Əminə Əliyeva