Hindistanda matçda izdiham-11 ölü, 33 yaralı

Bölmə: Dünya › ,
Tarix: 23:48 04.06.2025

Hindistanın Banqalor şəhər stadionunda izdiham nəticəsində 11 nəfər ölüb, 33 nəfər yaralanıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Hindustan Tayms" qəzeti məlumat yayıb.

 

İzdiham yerli “Royal Çallengers” kriket komandasının Hindistan Premyer Liqasında qələbəsini qeyd edərkən baş verib.

Belə ki, Karnataka Kriket Assosiasiyası qələbəni qeyd etmək üçün komandanın öz meydanında mərasim təşkil edib.

 

Bu zaman azarkeşlər yerə enib oyunçuları görmək üçün hasarlara dırmaşıblar, onların çoxu biletsiz olub.