"Sumda “boz zona” var, bəzi kəndlər dağıdılıb"-Zelenski

Bölmə: Dünya › ,
Tarix: 23:55 04.06.2025

 

"Ruslar yenidən Sum vilayətində irəliləməyə cəhd göstəriblər. Lakin bunu planlaşdırdıqları şəkildə həyata keçirə bilməyiblər".

 

"İnformator.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında bildirib.

 

“Burada heç bir sürpriz yoxdur, hərbçilər nə edəcəyini bilirlər və əllərindən gələni edirlər. Biz onların məhz Sum istiqamətindən başlayacaqlarını gözləyirdik, amma Şərq, Zaporojye və Xarkov barədə də anlayışımız vardı”, - o qeyd edib.

Zelenski bildirib ki, Sum vilayətinə hücum rus hərbçiləri tərəfindən əvvəlcədən planlaşdırılmışdı və hazırda baş verənlər bu hücumun növbəti dalğasından başqa bir şey deyil:

 

“Onlar bunu davam etdirəcəklər, amma Sumda uğur qazana bilmirlər. Təəssüf ki, bir “boz zona” mövcuddur, bəzi kəndlər dağıdılıb”, – deyə Zelenski vurğulayıb.