Rusiya "boz siyahı"ya salınır, bu ölkələr isə siyahıdan çıxarılır

Bölmə: Dünya › ,
Tarix: 09:39 07.06.2025

Avropa Komissiyası Rusiyanın "boz siyahı"ya – çirkli pulların yuyulması üzərində zəif nəzarətə malik ölkələr siyahısına salınmasını nəzərdən keçirir.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri məlumat yayıb.

 

Qeyd olunur ki, Brüssel bu yolla Moskvaya maliyyə təzyiqini artırmağa çalışır.

 

Nəşrin məlumatına görə, Rusiyanın "boz siyahı"ya daxil edilməsini Avropa Parlamentinin əksər üzvləri dəstəkləyir, lakin hələlik bu barədə heç bir qərar qəbul edilməyib.


“Rusiyanın siyahıya salınmasına böyük dəstək var,” – deyə Avropa Parlamentinin deputatı Markus Ferber bildirib.