Skuterlə toqquşan aktrisa xəstəxanaya yerləşdirilib

Tarix: 22:10 07.06.2025
Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova yol keçərkən skuterlə toqquşub və nəticədə ciddi xəsarət alıb.
"İnformator.az" xəbər verir ki, teatrın mətbuat katibi Samirə Əşrəf "Teleqraf"a bildirib ki, iki gün əvvəl baş vermiş qəza nəticəsində beyin silkələnməsi olub.
"Vəziyyəti kafidir. Başı yerə dəydiyi üçün baş ağrıları və ürək bulanması var. Danışa bilir, huşu yerindədir, ancaq ağrıları davam edir. Hələki müalicəsi xəstəxana şəraitində aparılır. Bir müddət xəstəxanada qaldıqdan sonra müalicəsi evdə davam etdiriləcək".
Samirə Əşrəf qeyd edib ki, teatr rəhbərliyi hadisədən dərhal sonra aktrisanın ailəsi ilə əlaqə saxlayıb və vəziyyətini daim izləyir.