“Neftçi”dən ayrılıb “Zirə”yə keçib

Bölmə: İdman › ,
Tarix: 21:07 07.06.2025

 

“Zirə” yeni futbolçu ilə anlaşıb.

 

“İnformator.az” klubun saytına istinadən xəbər verir ki, komanda Yeqor Boqomolskiylə iki illik müqavilə bağlayıb.

 

25 yaşlı belaruslu hücumçu son olaraq “Neftçi”də çıxış edib. Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəsinin “Dinamo” (Minsk), “Dinamo”(Brest), “Rux”, “Minsk” klublarında da forma geyinib.