ABŞ-Çin ticarət müharibələrində güzəştə gedən addımlar!

Tarix: 13:15 07.06.2025
ABŞ prezidenti Donald Tramp Çinlə davam edən ticarət müharibələrində kompromis əldə edəcəyini açıqlayıb.
Trampın sosial media hesabından Truth Social-ın verdiyi açıqlamada ABŞ və Çin nümayəndə heyətlərinin iyunun 9-da Londonda görüşəcəyi və ticarət danışıqlarının müzakirə ediləcəyi bildirilib. Tramp aprelin 2-də açıqladığı əlavə gömrük tarifi qərarı ilə bütün dünya ölkələrinə ciddi vergilər tətbiq ediləcəyini açıqlayıb. Ölkələr arasında aparılan danışıqlarda Trampla razılığa gələ bilməyən Çinə 145 faiz vergi tətbiq edilməsinə qərar verilib.
Çinin vergi tarifinə qarşılıqlı reaksiyası iki ölkə arasında ticarət müharibələrini başladıb. Nəhayət, Çin ABŞ-yə tarifi 125 faizə qaldırdıqdan sonra tərəflər Cenevrədə aparılan danışıqlarda rüsumun 90 gün müddətinə endirilməsinə qərar verib.
Mənbə: A Haber
Çimnaz Telmanqızı