KİV: “Bavariyada maşın izdihamın üzərinə sürülüb“

Tarix: 20:40 07.06.2025
Almaniyanın şərqindəki Passau şəhərində (Bavariya federal əyaləti) naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb.
"İnformator.az" xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Hadisə nəticəsində bir neçə nəfər, o cümlədən avtomobilin sürücüsü olduğu iddia edilən şəxsin həyat yoldaşı və qızı xəsarət alıb. Artıq sürücü saxlanılıb. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.