İranın XİN rəhbəri İstanbula gedib

Tarix: 10:09 21.06.2025
İranın xarici işlər naziri Abbas Araqçı İstanbula səfərə yollanıb.
“İnformator.az” “Mehr” agentliyinə istinadən xəbər verir ki, İranın XİN rəhbəri İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iclasında iştirak edəcək.
Araqçının İsrail və İran arasında gərginliyi də müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, İƏT-in 51-ci sessiyası iyunun 21-dən 22-nə qədər davam edəcək.