Ərəb klublarından Joao Mario istəyi

Tarix: 23:32 21.06.2025
"Beşiktaş"da gedəcək adlar və gələcək oyunçular baxımından hərəkət var. Ağ-qaralardan ilk gediş Onur Bulutla olub. Təcrübəli sağ cinah müdafiəçisi Rams Başakşehirlə müqavilə imzalayıb.
“Beşiktaş”da çıxış edən Joao Marioya Ərəbistan yarımadasından maraq var. Portuqaliyalı futbolçuya 2 və ya 3 komandanın təklif edəcəyi iddia edilir. "Beşiktaş" rəhbərliyi uyğun təklif alınarsa, Joao Mario ilə yollarını ayırmağa açıqdır.
Joao Mario ötən mövsümün əvvəlində transfer olunub. "Beşiktaş"ın heyətində 27 matçda forma geyinən Joao Mario 5 dəfə fərqlənib və 3 qol ötürməsi edib.