Sumqayıtda məişət tullantıları yanır

Tarix: 16:37 25.06.2025
Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.
"İnformator.az" "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin Koroğlu prospektində yerləşən müəssisələrin birinin daxilində baş verib.
Əraziyə toplanan məişət tullantıları yanır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.