Türkiyədə son iki gündə 150 ​​meşə yanğını baş verib

Bölmə: Dünya › ,
Tarix: 23:43 28.06.2025

Türkiyədə son iki gündə 150 ​​meşə yanğını qeydə alınıb, onlardan 8-i hələ də söndürülməyib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı jurnalistlərə bildirib.

 

Nazir deyib: "Görülən tədbirlərə və xəbərdarlıqlara baxmayaraq, Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları davam edir. Son iki gündə yanğınların sayı 150 olub. Onların 83-ü iyunun 28-də baş verib. Hazırda ölkəmizdə səkkiz aktiv yanğın hadisəsi var ki, onlardan 4-ü qismən nəzarətə götürülüb".


Yanğınlar əsasən ölkənin şimal-qərb bölgəsindəki meşə sahələrində baş verib. Orada onlarla xüsusi texnika, yanğınsöndürən təyyarə və yüzlərlə yanğınsöndürmə briqadası işləyir.