Rusiyalı senator Ermənistana buraxılmayıb

Bölmə: Dünya › ,
Tarix: 23:50 28.06.2025

Rusiya Federasiya Şurasının senatoru və Əfqanıstan Veteranları İttifaqının rəhbəri Frans Klintseviç İrəvan hava limanında geri qaytarılıb və Ermənistana buraxılmayıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu barədə KP.RU məlumat yayıb.


O deyib: "Sərhədçilər mənə girişin qadağan olunduğunu dedilər. Mən Əfqanıstan veteranlarına abidə ucaltmaqda köməklik edən insanlarla görüşməyə gəlmişdim. Şənbə günü evə qayıtmalı idim. Nəticədə cümə günü Moskvaya uçuram"