"Sputnik" əməliyyatı: Cinayət işi başladı, həbslər var-Rəsmi

Bölmə: Hadisə › ,
Tarix: 14:27 01.07.2025

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) Daxili İşlər Nazirliyinin ( DİN) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb. 


"İnformator.az" APA-ya istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Qeyd edək ki, dünən DİN “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında əməliyyat keçirib.