Dörd gün əvvəl itkin düşən Hacıqabul sakininin meyiti Şirvan kanalından tapılıb

Bölmə: Hadisə › ,
Tarix: 22:48 01.07.2025

Dörd gün əvvəl itkin düşən Hacıqabul sakininin meyiti Şirvan kanalından tapılıb.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Baş Şirvan Kollektorunun rayon ərazisindən keçən hissəsində Padar kənd sakini, 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti aşkarlanıb.

 

Qeyd edək ki, S.Salahov iyulun 27-də evdən çıxaraq bir daha geri qayıtmayıb.  Faktla bağlı araşdırma aparılır.