"KİA" dayanan "Jiquli"ni vurdu, ölən və yaralananlar var

Tarix: 15:32 05.07.2025
Zaqatalada “KİA” markalı avtomobil yol kənarında dayanan “VAZ 2106" markalı avtomobilə çırpılması zamanı sürücü ölüb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbəri verir ki, rayonunun Muğanlı kəndi ərazisində Fəryad İbrahimov yüksək sürətlə idarə etdiyi “KIA” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə F.İbrahimov avtomobili yol kənarında dayanan “VAZ-2106” markalı minik maşınına çırpıb. Baş verən hadisə zamanı avtomobilin yanında dayanan sürücü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı zərbə nəticəsində hadisə yerində həyatını itirib.
Həmçinin “VAZ” markalı avtomobildəki sərnişin, Xalidə Əliyeva, və “KIA”-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da qəza zamanı müxtəlif dərəcəli xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.