Çin Fransanın bazarını belə "öldürür"

Bölmə: Dünya › ,
Tarix: 08:42 07.07.2025

Çin Hindistan və Pakistan arasında baş verən hərbi toqquşmalardan sonra səfirlikləri vasitəsilə Fransanın "Rafale" qırıcı təyyarələrini gözdən salmaq məqsədilə media kampaniyasına başlayıb.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə "Asoşieyted Press" Fransa kəşfiyyat xidmətinə istinadən məlumat yayıb.

 

Məlumata görə, Fransa kəşfiyyatı Çin səfirliklərindəki müdafiə attaşelərinin "Rafale"nin satışlarına xələl gətirmək cəhdləri etməsindən şübhələnir. Onlar bu qırıcılardan sifariş verən ölkələri onun qeyri-effektiv olduğuna inandırmağa çalışırlar.


Xüsusən də İndoneziya belə mesajlar alıb.

 

Fransız qırıcılarının əvəzinə alıcı ölkələrə Çin təyyarələrinin alınması təklif edilir.