"Qarabağ"ın ilk oyunlarının saatı açıqlanıb-Çempionlar Liqası

Tarix: 14:29 07.07.2025
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi oyunların başlama saatı müəyyənləşib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat katibi Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.
Bu barədə UEFA-ya da müvafiq qaydada məlumat verilib.
"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisinin hansı rəqiblə üz-üzə gələcəyi bilinməsə də, ilk oyunun iyulun 23-də Bakı vaxtı ilə saat 22:45-də başlayacağı da dəqiqləşib.