Nəsimi rayonunda quldurluq edən şəxs saxlanılıb

Tarix: 14:22 07.07.2025
Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.
"İnformator.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 6-da gecə saatlarında naməlum şəxs 19 və 25 yaşlı paytaxt sakinlərini kəsici alətlə hədələyərək onların pulunu talayıb.
Hadisə ilə bağlı Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 46 yaşlı M.Əliyev saxlanılıb.
Araşdırma aparılır.