Ayşe Barım ilk dəfə hakim qarşısına çıxacaq: Vəkillər 'sağlamlıq hesabatı' ilə azadlığa buraxılmasını tələb edirlər

Tarix: 13:37 07.07.2025
Gəzi Parkı etirazlarını planlaşdıranlardan biri olmaqda günahlandırılan və 5 aydan artıq həbsdə saxlanılan aktrisa meneceri Ayşe Barım bu gün ilk dəfə hakim qarşısına çıxacaq.
Ayşe Barım yanvarın 24-də saxlanılıb və yanvarın 27-də həbs olunduqdan sonra keçmiş Silivri həbsxanası kimi tanınan Mərmərə həbsxanasına göndərilib.
Barım “Türkiyə Cümhuriyyəti hökumətini devirmək cəhdinə yardım etməkdə” ittiham olunur.
Gəzi parkı etirazlarına sənətçilərin rəhbərlik etdiyi iddia edilən Barım ittihamları rədd edir.
Vəkilləri həbs olunmazdan əvvəl səhhətində problem olan və həbsxanada xəstəlikləri hədsiz dərəcədə artan Barımın azadlığa buraxılmasını istəyib.
Azadlığa dair əvvəlki müraciətlər rədd edilib.
BBC
Zəhra Möhübbətova