İmralı nümayəndə heyəti prezident Ərdoğan ilə görüşüb

Tarix: 19:25 07.07.2025
PKK-nın silahı yerə qoymağa başlaması gözləntiləri davam edərkən, DEM Partiyasının İmralı nümayəndə heyəti prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Saat 15:00-da başlayan görüş mətbuata qapalı olub və təxminən bir saat davam edib. Nümayəndə heyətinə DEM Partiyasının Van Millət vəkili Pervin Buldan və DEM Partiyasının Mardin millət vəkili Mithat Sancar daxil olub. Səfərdən əvvəl açıqlama verən Buldan və Sancar görüşün “tarixi” əhəmiyyət daşıdığını bildiriblər.
Pervin Buldan, "Bizim üçün tarixi bir görüşdür. Çünki proses indi yeni mərhələyə qədəm qoyur. Və bu yeni mərhələdə məsləhətləşmələrə ehtiyac var, fikir mübadiləsinə ehtiyac var"-deyib.
Mithat Sancar da "Bu görüş həqiqətən vacibdir. Biz indicə hörmətli həmsədrlərimizlə məsləhətləşdik. Məlumdur ki, proses yeni mərhələyə çatıb. Bu yeni mərhələnin xüsusiyyətləri və gələcək üçün tələblər barədə bu gün hörmətli prezident və onun nümayəndə heyəti ilə məsləhətləşəcəyik".
BBC News
Aysel Mirzəyeva