Hakan “Qalatasaray”dan 7 milyon istəyir

Tarix: 22:46 08.07.2025
“Qalatasaray” Hakan Çalhanoğlu üçün “İnter”lə danışıqları davam etdirir.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, futbolçu özü də İstanbul klubunda çıxış etmək istəyir. O, “Qalatasaray” azarkeşi olduğunu və bu klubda oynamaq istədiyini rəhbərliyə söyləyib.
Hakan “sarı-qırmızılar”dan illik 7 milyon avro tələb edir.
“Qalatasaray”ın Çalhanoğlu ilə anlaşdığı, İtaliya klubuyla isə danışıqları davam etdirdiyi bildirilir.