“Yuventus” PSJ ilə danışıqlara başlayıb

Bölmə: İdman › ,
Tarix: 22:47 08.07.2025

"Yuventus” Randal Kolo Muaninin icarə müddətini uzatmaq üçün PSJ ilə yeni danışıqlara başlayır.


"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, Turin təmsilçisi futbolçudan məmnundur. Baş məşqçi İqor Tudor onunla yola davam etmək istəyir. PSJ isə Muanini icarəyə vermək yox, satmaq niyyətindədir.


26 yaşlı forvardın gələcək karyerasını harda davam etdirəcəyi yaxın günlərdə bəlli olacaq.