Azərbaycan nefti 75 dolları ötüb

Bölmə: Dünya › ,
Tarix: 09:42 09.07.2025

Dünya bazarlarında Azərbaycan neftinin qiyməti artıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.79 ABŞ dolları və ya 1.06% bahalaşaraq 75.49 ABŞ dollarına çatıb.


Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.