Ermənistanda müxalifətçi deputat iki aylıq həbs edilib

Bölmə: Dünya › ,
Tarix: 19:13 09.07.2025

Ermənistan parlamentinin müxalif “Ermənistan” (Hayastan) fraksiyasından olan deputatı, prokurorluq tərəfindən konstitusiya quruluşunu devirmək üçün terror aktları hazırlamaqda ittiham olunan Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib.

 

"İnformator.az" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib.

 

“Məhkəmə Sarkisyanın 2 ay müddətinə həbs edilməsinə qərar verib”, - o bildirib.


Xatırladaq ki, ötən gün ölkə parlamenti tərəfindən deputat toxunulmazlığından məhrum edilən deputat Artur Sarkisyan saxlanılması üçün könüllü olaraq İstintaq Komitəsinə gedib