Kondisionerlərin insan sağlamlığına təsiri

Bölmə: Sosial › ,
Tarix: 19:10 09.07.2025

Yayda kondisionerin düzgün istifadə olunmaması tənəffüs yollarında problemlərə, xüsusən bronxitə səbəb ola bilər. Mütəxəssislər bu risklər barədə xəbərdarlıq edir.

 

Mövzu ilə bağlı həkim Həbib Sahratov "İnformator.az"a açıqlamasında bildirib ki, bildiyimiz kimi, kondisioner sərinləşdirmək üçün olan vasitədir və ist yay aylarında geniş istifadə olunur:

"Kondisionerdən istifadə edən zaman diqqət olunması vacib olan məqamlar var. Özəlliklə, tənəffüs yollarının xroniki xəstəlikləri olan insanlara daha çox aiddir. Kondisionerin bilavasitə altında oturmamalıdırlar. Soyuq temperaturu daha da artırmaq tövsiyə olunmur. Bütün bunlar prosesin çətinləşməsinə səbəb olur. Məsələn, asma xəstəliyi olan xəstələrdə yuxarı tənəffüs yollarında problem olur. Soyuq hava axını bunun kəskinləşməsinə səbəb olur. Hər hansı bir xroniki xəstəliyi olmayan insanlarda da sözsüz ki, kondisionerin soyuq hava təsirindən iltihabi xəstəliklər yarana bilir. Bu həm yuxarı tənəffüs yollarının xəstəlikləri, həm də daha ciddi olarsa aşağı tənəffüs yollarının xəstəlikləri, bronxit, ağciyərlərin pnevmaniyası xəstəlikləri ola bilər. Ona görə də belə bir istifadə məqsədəuyğun hesab olunur ki, kondisionerin temperaturunu çox aşağı etməmək şərti ilə yüngül sərinləşdirmə fonunda istfadə etmək lazımdır. Xroniki xəstəlikləri olan insanlar ümumiyyətlə kondisionerdən uzaq durmalıdırlar.
Kondisioner tək tənəffüs orqanlarının deyil, digər orqanların da xəstəliklərinə səbəb ola bilər".


Billurə Quliyeva