"Başakşehir"in rəqibi

Tarix: 22:17 21.07.2025
"RAMS Başakşehir" UEFA Conference League-də "Cherno More"ni keçəcəyi təqdirdə 3-cü təsnifat mərhələsində "Viking"-"Koper" qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
"Başakşehir"in UEFA Conference League 3-cü təsnifat mərhələsindəki mümkün rəqibi bəlli olub.
İsveçrənin Nyon şəhərində yerləşən UEFA mərkəzində keçirilən püşkatma nəticəsində turuncu-lacivərtlilər, 2-ci təsnifat mərhələsində "PFK Cherno More"ni keçsə, 3-cü təsnifat mərhələsində "Viking FK" – "FC Koper" duelinin qalibi ilə qarşılaşacaq.
UEFA Conference League 3-cü təsnifat mərhələsində ilk oyunlar 7 avqustda, cavab oyunları isə 14 avqustda keçiriləcək.
Mənbə: TRT Haber
Nigar Həsənzadə