Can Keleş "Kocaelispor"da

Bölmə: İdman › ,
Tarix: 21:55 13.08.2025

"Kocaelispor" "Beşiktaş"dan Can Keleşi mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb.

 

Klubun bəyanatında deyilir: "Klubumuz ilə "Beşiktaş" A.Ş. arasında futbolçu Can Keleşin 2025-2026 mövsümü sonuna qədər müvəqqəti transferi barədə razılıq əldə olunub, futbolçu ilə 2025-2026 mövsümü sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb".

 

Ötən mövsümün qış transfer dövründə "Beşiktaş" Can Keleşi "Kasımpaşa"ya icarəyə verib.

 

Mənbə:TRT Haber 

Nigar Həsənzadə