"Şamaxı" heyətini yeni futbolçu ilə gücləndirib

Tarix: 22:28 13.08.2025
"Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
"İnformator.az" "AZXEBER.COM"a istinadən xəbər verir ki, bölgə təmsilçisi "Sumqayıt”dan Sənan Muradlını icarə əsasında heyətinə qatıb.
19 yaşlı müdafiəçi növbəti mövsümü "Şamaxı"da keçirəcək.