ARDNF investisiya portfelində daşınmaz əmlakın payını artırıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:24 23.07.2025

Bu ilin iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 38,9 % təşkil edib.

 

Bu barədə "İnformator.az" Fonda istinadən xəbər verir.

 

Bu, 2024-cü ilin birinci yarım ilinə olan dövrlə müqayisədə 14,4 faiz bəndi azdır. Əvəzində ARDNF-nin investisiya portfelində səhmlərin payı 25,9 %-dan 25,7 %-ə azalıb. Qızılın payı 14,8 %-dən 28,8 %-ə, daşınmaz əmlakın payı isə 6 %-dan 6,7 %-dək artıb. Qeyd edək ki, iyulun 1-nə ARDNF-nin investisiya portfelinin dəyəri 66 milyard 515,2 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin iyulun 1-i ilə müqayisədə 8 milyard 583,7 milyon ABŞ dolları və ya 14,8 % çoxdur.