Ali təhsil müəssisələrinə ixtisas seçimi aparılması planlaşıdırılır

Tarix: 15:22 31.07.2025
Magistraturaya boş qalan plan yerlərinə ixtisas seçiminin də avqustun ortalarında həyata keçirilməsi nəzərdə tutulub.
Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov “İnformator.az”a açıqlamasında bildirib ki, xeyli böyük bir zaman intervalında imtahanlardan uğur əldə etmiş abituriyentlər ixtisas seçimini reallaşdırıb, müvafiq olaraq imtahan mərkəzinə bu istiqamətlərdə müraciətlərini tamamlayacaqlar:
“Ümumilikdə bu il universitetlərimizdə yeni ixtisaslar yaradılıb. Gənclər daha çox fərqli ixtisaslara maraqları var. Belə olmasa plan yerləri də genişlənməz. Hər il universitetlər üçün həm dövlət sifarişli, həm də ödənişli plan yerlərinin sayında artım olmaz. Bu imkan verir ki, təhsil almaq istəyən gənclərimiz potensiallarını ortaya qoya bilsinlər. Gənclərin daha çox maraq göstərdiyi sahələrdən biri son illərdə mühəndislik ixtisasıdır. Ölkəmizə və dünyanın inkişaf meyillərində uyğun olaraq daha çox rəqəmsallaşma, İT, kompüter elmləri eyni zamanda mühəndisliyin fərqli sahələrinə maraq var və artmaqdadır. Bu da təkcə Azərbaycanın əmək bazarında deyil, həm dünyanın qlobal əmək bazarında gənclərin gələcəkdə peşəkar mütəxəssisləri olaraq reallaşdırmaq ehtiyaclarından irəli gəlir. Gənclərimiz üçün maraqlı olan klassik ənənəvi ixtisaslar da məsələn hüquqşünaslıq, tibb ixtisaslarıdır. Hesab edirəm ki, yeni ixtisaslarla yanaşı ənənəvi ixtisaslara da maraq göstərilir.
İxtisas seçimində edilən səhvlərlə bağlı qeyd edimki, abituriyentlərimizin problem yaşadığı məsələlərdən biridir. İxtisas seçimində daha çox edilən səhvlər nədir? Bu daha çox arzu etdiyi balı toplaya bilməyən abituriyentlərə aiddir. Daha çox orta və aşağı nəticə qazanmış abituriyentlər üçün ixtisas seçimində tutaq ki, onların arzuları olub, amma istədikləri balı toplaya bilməyiblər, alternativ olaraq ixtisaslar seçmək istəyirlər və bir çox hallarda tələskənlik edirlər yaxud arzularından irəli gəlməyən ixtisaslara meyillənmə müşahidə olunur. İxtisas seçimi çox çətin proses deyil. Bəzən olur ki yüksək bal toplamış abituriyent ixtisas seçimində etdiyi yanlışlıq üzərindən kənarda qalır. Ona görə də əvvəlki illərin keçid ballarına nəzər salmalarını tövsiyyə edirəm. Seçimlərini reallaşdırarkən onlar ardıcıllığın gözlənilməsini diqqətdə saxlasınlar, tələsməsinlər. Ən çox arzuladığı ixtisasları əgər keçid balları imkan verirsə, düzgün ardıcıllıqla seçsinlər. Hesab edirəm ki, hər hansısa problem yaşamaq şanslarını itirmiş olurlar. Plan yerləri müəyyənləşərkən orada həm ölkənin strateji hədəfləri, həm də əmək bazarının tələbləri əsas götürülür. Plan yerləri təsadüf üzərindən formalaşmır. Yerlər ölkəmizə lazım olacaq kadr potensialını formalaşdırmaq üzərindən tərtib olunur. Fikrimcə ən çox müraciət edilən ixtisaslar üzrə yerlər təlabatla düzmütənasiblik təşkil edir. Məsələn tutaq ki, keçid balları yüksək olan ixtisaslar var. Hansı ki o ixtisaslar keçid ballarını müəyyənləşdirən tələbdir. Məsələn bu il hüquqşünaslıq ixtisası üzrə keçid balı 600 üzərindədirsə və bu ixtisası hazırlayan universitetlərin bəlli sayı, plan yeri varsa, orada yüksək balı formalaşdıran həmin tələbdir. Tələb var deyə o yerləri süni artırmağın tərəfdarı deyiləm”.
Çimnaz Telmanqızı