Azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs həbs olunub

Bölmə: Sosial › ,
Tarix: 18:35 02.08.2025

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxsi polis əməkdaşları saxlayıb.

 

"İnformator.az"  xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb:

 

"Məlumata görə, sosial şəbəkələrdə və xəbər saytlarında yayılan görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynovun olduğu müəyyən edilib. Şübhəli şəxsi dərhal rayon polis əməkdaşları saxlayıb. Faktla bağlı araşdırmalara başlanılıb. Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, görüntülərdəki şəxs, Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı Mərdan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub. Fakta görə rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib. Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".



Bölmədən digər xəbərlər
Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində regionda maarifləndirmə tədbirləri keçirilir
Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində regionda maarifləndirmə tədbirlərini davam etdirir.