Fransa yığması Zidana tapşırılır

Tarix: 23:57 05.08.2025
“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisinə rəhbərlik edə bilər.
"İnformator.az" "Defensa Central"a istinadən xəbər verir ki, onun 2012-ci ildən yığmanı çalışdıran Didye Deşamı əvəzləyəcəyi gölənilir.
Qeyd edək ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi vəzifəsində çalışıb. Bu müddət ərzində onun rəhbərliyi altında Madrid klubu üç dəfə Çempionlar Liqasının, iki dəfə ölkə çempionatının və İspaniya Superkubokunun qalibi olub.