Türkiyəli futbolçu İtaliya klubuna keçib

Bölmə: İdman › ,
Tarix: 18:18 03.08.2025

Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Semih Kılıçsoy İtaliya təmsilçisi "Kalyari"yə keçib.

 

"İnformator.az" "Axar.az"az istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

19 yaşlı hücumçu 2025/2026 mövsümünün sonuna qədər İtaliya klubunda icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, S.Kılıçsoyun "Kalyari"yə keçidinin 12 milyon avroya başa gəldiyi bildirilib.