Azərbaycanın Olimpiya mükafatçısı Polşadakı turnirdə qızıl medal qazanıb

Bölmə: İdman › ,
Tarix: 20:48 04.08.2025

Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan azərbaycanlı sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) Polşada keçirilən turnirdə qızıl medal qazanıb.

"İnformator.az" "Oxu.Az"a istinadən xəbər verir ki, o, Varşavada Polşanın məşhur güləşçilərinin xatirəsinə təşkil edilən ənənəvi yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, G.Meşvildişvili ötən ay zədələndiyi üçün Macarıstanda baş tutan reytinq turnirində iştirak etməyib.