“Rəqibdə kimin olduğu fərq etmir”-Timon Vellenroyter

Bölmə: İdman › ,
Tarix: 20:08 05.08.2025

Feyenoord-un qapıçısı Timon Vellenroyter, Fənərbağça ilə oynayacaqları matçdan əvvəl verdiyi açıqlamada, “Keçən mövsüm möhtəşəm oyunlara imza atdıq. Keçən il göstərdiyimiz performans sabah üçün bizə daha çox enerji verir. Çempionlar Liqası təcrübəsi indiyə qədər yaşadığım ən yaxşı təcrübə idi,” – deyib:


Baş məşqçi Robin van Persie ilə birlikdə mətbuat konfransında iştirak edən qapıçı Timon Vellenroyter, keçən mövsüm oynadıqları UEFA Çempionlar Liqasının qrup mərhələsi matçlarını xatırladıb:


Keçən mövsüm möhtəşəm oyunlara imza atdıqlarını vurğulayan Vellenroyter deyib:
“Keçən il göstərdiyimiz performans sabah üçün bizə daha çox enerji verir. Çempionlar Liqası təcrübəsi, indiyə qədər yaşadığım ən yaxşı təcrübə idi. Yenidən eyni uğura çata biləcəyimizi düşünürəm.”


Fənərbağçənin başında Joze Mourinyo olmasına dair də danışan Vellenroyter deyib:


“Bizim üçün rəqib komandanın baş məşqçisinin kim olduğu önəmli deyil, qalib gəlmək önəmlidir. Mən hazıram və formadayam, oynamaq istəyirəm.”


Fənərbağçənin çox yaxşı heyətə sahib olduğunu dilə gətirən Vellenroyter belə deyib:


“Fənərbağçəyə qarşı 2 il əvvəl qarşılaşmışdım. Böyük adlara sahibdirlər, amma mənim üçün rəqibdə kimin olduğu fərq etmir. Hər baş məşqçinin fərqli oyun planı olur və bizim də bunu öyrənməyimiz lazımdır. Əlbəttə ki, Mourinyo sabah üçün bir plan qurmuşdur, çox yaxşı bir baş məşqçidir, amma bizim də sabah üçün planımız var.”


Haber Global
Xəlilli Nigar