Sivasspor-un 58-ci ildönümünə mənalı dəstək

Tarix: 20:15 05.08.2025
Sivaslı iş adamı və Sivasspor sevdalısı Alper Çaça, Sivasspor-un 58-ci ildönümünə özəl olaraq 58 min TL-lik lisenziyalı məhsul alıb azarkeşlərə hədiyyə edib.
Sivasspor-un 58-ci ildönümü və 5 Avqust Dünya Sivaslılar Günü münasibətilə, Sivaslı iş adamı Alper Çaça mənalı bir kampaniya başlayıb. Çaça, Sivasspor Store-dan 58 min TL-lik lisenziyalı məhsul alıb Sivasspor azarkeşlərinə hədiyyə edib. Çaça, bütün Sivaslıları komandaya dəstək olmağa çağırıb və belə deyib:
“Bu gün buraya yalnız dəstək açıqlaması vermək üçün yox, bir çağırış edib, birlik ruhunu yenidən canlandırmaq üçün çıxıb qarşınızda durmuşam. Hamımızın qəlbində ayrı bir yeri olan, şəhərimizin simvolu, ortaq qürurumuz Sivasspor, təəssüf ki, keçən mövsüm Trendyol 1. Liqaya düşüb. Amma mən inanıb deyirəm ki, bu yalnız bir dayanacaqdır, düşüş yox, daha güclü dönüşün başlanğıcıdır. Məhz bu səbəbdən deyirəm: İndi birləşmək zamanıdır. İndi birlik olub, Sivasspor üçün əlini daşın altına qoymaq zamanıdır.
Bu inamla, klubumuza olan dəstəyimi yalnız sözlə yox, əməldə göstərmək üçün bu gün Sivasspor mağazasından 58 min TL-lik lisenziyalı məhsul alıb kampaniyamızı başladıb. Bu sadəcə bir alış-veriş yox, bir mesajdır: Biz buradayıq, komandamızın arxasında durmuşuq.”
Haber Global
Xəlilli Nigar